Bankanın təkrar email, yenisini istehsal edilməsindən 95% daha az enerji tələb edir.


Red Bull Bankaları
çəkidə yüngül və 100% təkrar emal edilə bilən
Red Bull qarşısına alüminium bankalardan istifadə etmək məqsədi qoyub. Bugün Red Bul içkiləri ötən illərə nisbətdə əhəmiyyətli dərəcədə daha aşağı çəkidədirlər, bu isə dəyərli xam malların qorunub saxlanılması deməkdir. Onlar toplandıqdan sonra keyfiyyətdə heç bir dəyişiklik olmadan dəfələrlə tam şəkildə təkrar emal edilirlər.
-
100% Təkrar emal olunan
"Divar divara" istehsalı metodu ildə yük daşınmalarının yoluna 12,760,000 km qənaət edir.


DİVAR DİVARA İSTEHSAL PROSESİ
Qısa məsafələr qət edərək resurslara qənaət edin
Bərpa edilən mənbələrdən 80 faiz enerji əldə etməyimizlə yanaşı biz istehsal sahəsində “Divar Divara” istehsal prosesi adlanan yeniliyə imza atmışıq. Bu o deməkdir ki, bizim istehsal etdiyimiz bankalar eyni sahədə istehsal edilir və doldurulur və bununla da, məhsulun uzaq məsafələrə daşınmasından yaranan sərfiyyata qənaət etməyimizə imkan yaradır.
Əla forma və çəki. Banka – daşınma üçün ideal qablaşdırmadır.



AĞILLI DAŞINMA
CO2 emissiyasını azaldır
Red Bull Energy Drink İçkisi təyinat yerinə qatar və gəmi ilə daşınır. Biz tamamilə zəruri olduqda, yük maşınından istifadə edirik. Bankalarımız forma baxımından yığcam və çəki baxımından yüngül olduqlarından, onlar PET və ya Şüşə Butulkalara nisbətən daşınma üçün daha səmərəlidirlər.

- Şüşə Butulkalar
- 40%-dən artıq yer tələb edir
- PET Butulkaları
- 30%-dən yuxarı yer tələb edir
- Bizim banka
- yüngül və yığcam
Yeddi soyuducu tək bir 100 vattlıq işıq lampası qədər enerji sərf edir.


EFFEKTIV SOYUTMA
Ekoloji baxımdan yararlı soyuducular vasitəsilə
Bilirik ki, Red Bull Enerji İçkisi soyuq olanda daha yaxşı dadır. Buna görə də biz ekoloji baxımdan yararlı olan Red Bull EKO Soyuducular yaratdıq. Bu qurğu adi soyuduculara nisbətən 45% az enerji sərf edir.
Bizim istehsal prosesimiz 80% enerjini bərpa olunan resurslardan əldə edir.