ŞİRKƏT

İnsanları və İdeyaları Qanadlandırmaq.

Bu, bizi həvəsləndirir. 1987-ci ildən bəri.

Uzaq Şərqin funksional içkilərindən ilham alaraq, Ditrix Mateşitz 1980-ci illərin ortalarında Red Bull-u yaratdı. O, yalnız yeni məhsul deyil, həmçinin unikal marketinq konsepsiyasını yaratdı və 1 aprel, 1987-ci ildə Avstriyada Red Bull Enerji İçkisini işə saldı. Tamamilə yeni məhsul kateqoriyası - enerji içkiləri yaradıldı.

Şirkət Haqqında Faktlar

BÜNÖVRƏ

1984

Təxminən 3 il ərzində, 1984-1987-ci illərdə, Ditrix Mateşitz Red Bull üçün formul, brendin yerləşdirilməsi, qablaşdırma və marketinq konsepsiyası üzərində işləmişdir.

İLKİN BAŞLANĞIC

1 aprel, 1987-ci il

On April 1, 1987, Red Bull Energy Drink was launched in Austria. A new product category was born: energy drinks.

ƏMƏKDAŞLAR

17 848

2023-cü ilin sonuna olan məlumatlara əsasən Red Bull 177 ölkədə 17.848 əməkdaşa malikdir (2022-ci ilin sonuna olan məlumatlara əsasən bu göstərici 175 ölkədə 15.779 əməkdaş idi).

Satılmış Dəmir Qutular

12.138 milyard

2023-cü ildə bütün dünyada 12.138 milyard Red Bull qutusu satılıb, bu da çox uğurlu nəticələrə malik 2022-ci il ilə müqayisədə 4,8% artım deməkdir. Qrupun dövriyyəsi 9.684 milyard avrodan 10.554 milyard avroya qalxaraq 9% artım nümayiş etdirmişdir.

Satış, gəlirlər və əməliyyat qazanclarına gəlincə isə rəqəmlərdə yenə də artım müşahidə olunaraq şirkətin indiyə qədərki tarixində olan ən yüksək nəticələri nümayiş etdirmişdir.

Bu cür müsbət rəqəmlərin əsas səbəblərinə demək olar ki, dünyadakı bütün Red Bull bazarlarında inanılmaz satış, eləcə də xərclərin mükəmməl səmərəliliklə idarə edilməsi və brend investisiyasının gücləndirilməsi daxil olmuşdur.

Daha da genişlənmək məsələsinə gəlincə isə Red Bull Qərbi Avropa və Amerika Birləşmiş Ştatlarındakı əsas bazarlara, eləcə də inkişaf etməkdə olan ölkələrdəki bazarların genişləndirilməsinə köklənməkdədir, Red Bull eyni zamanda orijinal 250 ml qablaşdırma vahidini reklam etməyə də davam edir.

2024-cü il üçün inkişaf və investisita planlarımız yenə də çox iddialıdır, davamlı olaraq artım tendensiyasını hədəfləyir və Red Bull şirkətində həmişə olduğu kimi operativ pul vəsaitlərinin hərəkəti hesabına maliyyələşdiriləcək.

Red Bull QANADLANDIRIIIR

Red Bull Dünyasına Baş Vur

TARİXÇƏ

Red Bull qanadlandırııır. 1987-ci ildən bəri.

Üç onillikdən artıq bir müddətdə sürətli səyahət təsəvvür edirsən?

Getdik!
ƏTRAF MÜHİTİN QORUNMASI

Dəmir bankanın birdən çox ömrü var.

Red Bull-da biz ətraf mühitə qarşı cavabdehlik daşıdığımızı anlayırıq. Sən buradan bizim ətraf mühitin qorunmasına yanaşmamız haqqında daha ətraflı məlumat əldə edə bilərsən.

Dəmir bankanın həyat dövrü Testi Keç

Daha çox məlumat əldə et

PreviousNext