DİVAR DİVARA İSTEHSAL PROSESİ

Qısa məsafələr qət edərək resurslara qənaət edin

Bərpa edilən mənbələrdən 80 faiz enerji əldə etməyimizlə yanaşı biz istehsal sahəsində “Divar Divara” istehsal prosesi adlanan yeniliyə imza atmışıq. Bu o deməkdir ki, bizim istehsal etdiyimiz bankalar eyni sahədə istehsal edilir və doldurulur və bununla da, məhsulun uzaq məsafələrə daşınmasından yaranan sərfiyyata qənaət etməyimizə imkan yaradır.

“Divar Divara” istehsal prosesi ildə 9,687 tondan çox CO2 tullantılarının qarşısını alır.

Tam istehsal prosesi say baxımından nə deməkdir?

İldə təxminən 3,6 milyard banka son təyinat yerlərinə tədarük edilməzdən əvvəl bir neçə dəfə müxtəlif məkandan keçməli olmur. Bu da hər birinin 700 kilometr, ildə isə 12,76 milyon kilometrdən yuxarı yol qət edən 18 000-dən artıq yük maşınının buraxdığı emissiyanın qarşısını alır.

Tam İstehsal Prosesi sayəsində ildə 9,687 tondan yuxarı CO2 emissiyasının qarşısı alınır.

Bir istehsal mərkəzi bütün dünyaya xidmət edir

Mərkəzi Avropada yerləşən Red Bull istehsal bazası bir çox üstünlüklərə malikdir:

Red Bul ən müasir istehsal prosesi sayəsində və yerli Alp su mənbələrindən istifadə etməklə yüksək keyfiyyətli inqrediyentlərdən istifadə etməklə bütün dünyanın eyni yüksək keyfiyyətli məhsuldan yararlanmasına zəmanət verir. . 

Öz növbəsində, təbii sərvətlərin qorunmasına və səmərəliliyin artmasına kömək edən yeni texnologiyalar dərhal tətbiq edilə bilərlər. 

İstehsal üçün istifadə edilən enerji regiondan alınır; təxminən 80% bərpa olunan enerjilərdən əldə edilir və Red Bull bu rəqəmi mümkün qədər artırmaq niyyətindədir.  

İstismar müddətinə qayıtma

BANKANIN ARXASINDAKI DÜNYANI KƏŞF ET