2014

Marc Marquez MotoGP Dünya Çempionu

In 2014 Marc secured his second MotoGP World Championship title and finished the season with a record-breaking 13th win in Valencia.

Marc Marquez-in profilinə baxın

Jessica Fox bir ildə dörd Dünya Çempionu titulunu qazanır!

Avstraliyalı Jessica Fox Penritdə keçirilən C1 üzrə U23 Dünya Çempionatının finalında qələbə qazanaraq tarixdə ilk 19 yaşlı ikiqat çempion oldu. Fox U23 kateqoriyasında eyni vaxtda K1 və C1 qalibi olan ilk qadındır. Bununla o, C1 üzrə qalib olaraq K1 finalında uduzduğu keçən ilki məyusluğunun əvəzini çıxdı. Jessica-nın uğur hekayəsi Dip Krikdə keçirilən Dünya Çempionatında da davam etdi. O, K1 kanoe slalom üzrə final yarışında qələbə qazanmaqla tarixi ikiqat Dünya Çempionluğunu tamamlamış oldu. Bu qələbəsi onun sadəcə 24 saat əvvəl C1 titulunu saxladıqdan sonra Dünya Çempionatında K1/C1 üzrə ikiqat qələbə qazanan ilk qadın avarçəkən olmasını təmin etdi. "Qalib olmaq inanılmazdır. Mən bilirdim ki, bu səhərki sürətlə getsəm və bəzi səhvlərimi düzəltsəm lideri keçə, hətta medal qazana bilərəm... İkiqat qələbə çalmaq, hər iki yarışın qalibi olmaq, bundan daha gözəl nə ola bilər," Fox bildirib.

Toni Cairoli motokros üzrə 8-ci dəfə dünya çempionu oldu

Red Bull KTM Factoy Racing idmançısı Toni Cairoli Braziliyanın Qoyas ştatında keçirilən Qran Pri yarışlarında motokros üzrə səkkizinci dünya çempionu titulunu qazandı. "TC22 Toni Cairoli - Filmi" Toninin vətəni Sicilyadan başlayaraq motokros yarışlarının zirvəsinədək davam edən karyerasını, bu nöqtəyə gəlmək üçün keçdiyi yolları və verdiyi fədakarlıqları əhatə edir.

Toni Cairoli-nin proflinə baxın

Fuşl ofisinin açılışı

2014-cü ildə Fuşl am Zeedəki Red Bull-un baş ofisi əlavə 14 bürünc öküz heykəlinin quraşdırılması ilə tamamlandı.

Formula 1 Avstriyaya geri qayıtdı

On ildən sonra 2014-cü ildə F1 Avstriyaya, Stiria regionunun dağlarına və Red Bull rinqinə geri qayıtdı.

Yarışın görüntülərinə baxın

1-ci Formula 1-in qalibi Daniel Ricciardo

Daniel birinci Formula 1 mövsümündə ilk qələbəsini İnfiniti Red Bull Racing-lə Monrealda qazandı, 2014-cü il Dünya Çempionatında isə 3-cü yer tutdu.

Daniel Ricciardo-nun profilinə baxın

Cro ilə Red Bull Tag Am See

Eyni gündə üç ölkədə göl ətrafında üç Cro konserti

Əsas xəbərlərə baxın

Wings for Life World Run

1-ci Wings for Life World Run yarışları ilə Wings for Life layihəsinə və onurğa beyni zədələnmələrinin müalicəsinə dəstəyə start verildi. Bu, bütün qitələrdə eyni vaxtda başlayan yeganə qlobal idman müsabiqəsidir. 2014-cü ildə bu yarışlar 32 ölkə daxilində 34 yerdə keçirildi. Finiş xəttinin yarışçıya çatdığı bu yeganə yarışda dünyanın hər yerində yarışçılar eyni vaxtda bir-biriləri ilə mübarizə aparır və Catcher Car tərəfindən sonuncu tutulan iştirakçı qlobal qalib elan edilir. Bu yarışda hər kəs qaça bilməyənlər üçün yarışırlar və əldə olunan gəlirlərin hamısı Wings for Life Onurğa Beyni Araşdırma Fonduna bağışlanır.

Bu layihəyə siz də qoşulun

Pharrell Google+ Hangout

Çoxsaylı mükafatlar laureatı Pharrell Williams yeni işıq üzü görmüş GİRL solo albomunu (sayca ikinci) tanıtmaq üçün Los Ancelesdəki Red Bull Studiyasında 2 saata yaxın Google+ Hangout vasitəsilə çıxış etdi.

Google+ Hangout çarxının tam versiyasına buradan baxın.

Red Bull Amaphiko

Birinci Red Bull Amaphiko Academy 2014-cü ilin aprel ayında Cənubi Afrikanın Soveto bölgəsində keçirildi. 10 gün davam edən Akademiyada yerli və beynəlxalq ekspertlər yaradıcılıqlarını və enerjilərini cəmiyyətlərində müsbət dəyişiklər etmək yolunda sərf edən gənc sosial sahibkarlardan ibarət qrupa təlimlər keçdilər və onları ilhamlandırdırlar.

Red Bull Amaphiko-ya baxın

Bütün illərlə tanışlıq