2003

1-ci Red Bull Hava Yarışı

Red Bull-un Airpower 03 yarışında ilk çıxışı.

Bu tədbir yarışmaqla yanaşı həm də yüksək məharət tələb edən yüksək pilotaj tryukların nümayişi idi. Bu, yüksək sürətlə gedən zaman cəldlik, dəqiqlik və polad əsəb kimi xüsusiyyətlərin bir arada olması tələb olunan bir təbirdir. Nəticə - tamamilə yeni pilotaj intizamının yaranmasıdır.

Red Bull Hava Yarışına daxil olun

Hangar-7 Zalzburq Hava Limanı

Zalzburq Hava limanında Hangar -7 unikal memarlıq əsəridir. O ilk əvvəl Flying Bull (Uçan Öküzlər) tarixi təyyarələrin gündən-günə artan kolleksiyasını saxlamaq üçün nəzərdə tutulmuşdu və hazırda avanqard memarlıq, müasir incəsənət və yüksək dərəcəli qartronomiyanın bir araya gəldikləri möhtəşəm bir binadır. Qanad formalı tikinti şüşə və poladdan hazırlanmış heyrətamiz bir binadır və ətraf landşaftla uyğunlaşır. Belə ki açıldıqdan dərhal sonra bu mərkəz tarixən aviasiyanı seçmiş və sevən insanların görüş yerinə çevrilib. Bura həm də uğurlu sərgi mərkəzidir; hər üç aydan bir Hangar-7 müxtəlif ölkələrin müasir incəsənətini nümayiş etdirir. Hər bir tədbir Ikarus restoranı kimi olduqca unikaldır və qonaqlarını dünya mətbəxinin yeməklərinə qonaq edir.

Hangar 7-yə daxil olun

Red Bull X-Alps

“Bu Alp dağlarını keçməkdən daha artıq idi: bu sərgüzəşt, ekspedisiya və yarış idi”. Hannes Arch

2003-cü ildə keçirilmiş Birinci Red Bull X-Alps yarışı macəralarla zəngin olan bir yarış kimi yaddaşlarda qaldı. On yeddi idmançı Avstriyanın Dachstein buzlağından keçmək üçün cəsurluq göstərdi, lakin yalnız üç idmançı Almaniyada Zugspitze, Frandsada Mont Blanc və Mont Gros-dakı üç dönmə nöqtəsini keçməklə Monakodakı finiş xəttinə gəlib çata bildi.

Red Bull X-Alps-a daxil olun

Bütün illərlə tanışlıq