Red Bull Enerji İçkisi təhlükəsizdirmi?

Red Bull Enerji İçkisi Avropa İttifaqının bütün dövlətləri daxil olmaqla 171-dan çox ölkədə içilir. Çünki, bütün dünyada səhiyyə təşkilatları Red Bull Enerji İçkisinin təhlükəsiz içki olması qənaətinə gəliblər. Keçən il 6 milyard Red Bull və 30 il ərzində Red Bull yaradılandan bəri  62 milyarda yaxın Red Bull satılıb.                                                                                                                                                     

250 ml həcmli Red Bull İçkisində 80 mq yaxın kofein var ki, bu da bir fincan kofede olan qədərdir. Avropa Ərzaq Təhlükəsizliyi Təşkilatı 2009-cu ildə belə nəticəyə gəlmişdir ki, enerji içkilərinin tərkibini tədqiq etmək lazımdır. 2015-ci ildə təşkilat enerji içkilərinin və onların tərkibinin təhlükəsizliyini təsdiq etmişdir.                                                                                                                

Red Bull məhsullarının bütün tərkibi etiketləşdirilir.