2017

Red Bull Dolomintenmann - ən uzun müddətli Red Bull tədbirinin 30cu il dönümü

2017-ci ildə ilk "Red Bull" adlı tədbir və Red Bull-un İdman və Tədbir marketinqi tarixçəsində əsl klassika 30 cu il dönümünü qeyd etdi. Dünyanın ən çətin komanda tədbiri kimi adlandırılan tədbirdə dünyanın ən yaxşı dağ atletləri, paraşütçüləri, dağ motosikletçiləri və kayakçıları üç onillik ərzində ən yaxşı komandanı tapmaq üçün rəqabət aparacaq və gələcəkdə ən güclülərini tapmaq üçün güc tətbiq edəcəklər.

Dünyanın ən çətin rele tədbiri

Red Bull Bilik Oyunçularının Dünya Finalı

2016-cı ildə "Red Bull Bilik Oyunçuları" qlobal problem həlletmə platformasının təqdimatından sonra ilk Red Bull Bilik Oyunçuları üçün səhnə 2017-ci ilin martında Budapeştdə quruldu. İlk dəfə olaraq 24 ölkədən komandalar dünyanın ən yaxşı problem həll edənlərini tapmaq və Qaçış Otaqlarında dünya çempionlarını mükafatlandırmaq üçün çağırışa qoşuldu.

Red Bull Bilik Oyunçuları ilə özünüzlə yarışın

Red Bull qadın atleti Daniela Rif Kona, Havaidə "Ironman" Dünya Çempionatlığında üçqat çempion oldu.

Daniela Rif 3 ardıcıl Dünya Çempionatında qalib gəlməklə adını "Ironman" tarix kitablarına yazdırdı. 8:50:47-də bitirməklə o, 2009-cu ildə Krissi Uellinqtondan sonra Kaylua-Konada "Ironman" Dünya Çempionatında ilk üç qat dünya çempionatı və yarışın tarixçəsində bunu edə bilən dördüncü qadın oldu. Bundan əlavə, ondan əvvəl heç bir qadın bu yaşda (30) üç ardıcıl qələbəyə nail ola bilməmişdi. Onun Havaidəki qələbəsi onun uzun məsafəli karyerasına 8-ci Dünya Titulu əlavə etdi.

Marsel Hirşer altı ardıcıl Dünya Kuboku titulunu qazanaraq inanılmaz uğur ilə öz karyerasını irəliyə apardı!

Marsel Hirşer altı ardıcıl FIS Dünya Kuboku titulunu qazanaraq inanılmaz uğur ilə öz karyerasını irəliyə apardı. 27 yaşlı Avstriyalı super ulduz mövsümün sona çatmasından tam iki həftə əvvəl Kranyska Qora Sloveniyada ən son titulunun güvənliyini təmin etdi.

Heç vaxt görülməyib: Fransız Qanadlı Kostyum Pilotları Vins Reffet və Fred Fugenin təyyarəyə Paraşütlə Tullanması!

Soul Flyers (Vinsent Reffet və Frederik Fugen) Yunqfrau Zirvəsindən birgə paraşütlə tullandıqdan sonra uçan Pilatusa yenidən daxil olmaqla tarix yazdı.

Burada nəzərdən keçirin!

Red Bull atleti Daniel Bodin Qar Arabasında dünyada ilk dəfə İkiqat Arxaya Salto yerinə yetirdi!

Daniel Bodin qar arabasında dünyada ilk ikiqat arxaya saltonu yerinə yetirməklə tarix yazdı. İkiqat arxaya salto yerinə yetirmək arzusu uzun müddətdir Danielin fikrində olmuşdu və əvvəlcədən aylarla hazırlıq keçmiş, çox çalışmışdı, lakin onun əziyyətinə dəydi!

Burada nəzərdən keçirin!

Kelli Sildaru - X Games-də İkiqat Qızıl Medal qazanan ən cavan atlet!

X Games Qızıl Medalı qazanan ən gənc atlet olduqdan sadəcə bir il sonra Kelli Sildaru 2017-ci ildə sadəcə öz titulunu müdafiə etmədi, həmçinin iki Qış X Oyununun qızıl medallarını qazanan ən gənc atlet olmaqla mükafatlandırdı.

Onlar bunu bacardı! Gənc Öküzlər Avropa Çempionudur!!!

Salzburq FK U19 komandası UEFA Gənclər Liqası kubokunu əldə etmək üçün finalda Benfikanı 2-1 (Y/H:0-1) məğlub edərək sensasiyalı Avropa qələbəsini davam etdirdi - və onlar tamamilə buna layiq idi! Gənc Öküzlər UEFA Gənclər Liqasını qazanmaq məqsədilə Avropada ən böyük adlı-sanlı klubların əksəriyyətini qrupdan çıxarmaqla son aylarda ardıcıl sensasiyalar yaratdı və Avstriya futbolu üçün tarixi dönüş nöqtəsi təyin etdi.

Red Bull və Capcom Küçə Döyüşçüsünün 30 ilini qeyd edir

Hadoken indi dəmir qutuda satışdadır! Ən ikonik Küçə Döyüşçüsü xarakterlərindən 7-si 8 müxtəlif bazarda öz əksini tapıb və Döyüş Oyunu İcması üçün əla tərz və kolleksiya fürsəti təklif edir.

Red Bull Kumite: Yapon Əfsanəsi "Nemo" bütün potensialını üzə çıxardı.

Qazanmaq üçün ən reklam edilən və ən çətin Küçə döyüşçüsü turniri kimi müəyyən edilən Red Bull Kumite bütün rekordları qırdı və öz istedadını nümayiş etdirmək üçün peşəkar yapon oyunçusu Nemo üçün platforma təklif edir!

Qazanmaq üçün ən reklam edilən və ən çətin Küçə döyüşçüsü turniri kimi müəyyən edilən Red Bull Kumite bütün rekordları qırdı və öz istedadını nümayiş etdirmək üçün peşəkar yapon oyunçusu Nemo üçün platforma təklif edir!

Mark Markez 2017-ci ili MotoGP motosikletində Avstriyanın məşhur Hahnenkamm xizək yürüyüşündə üstünlük qazanan ilk adam olmaqla başladı.

2017-ci il mövsümünün sonunda 6 dəfə MotoGP Çempionu olan Mark Markez F1 ulduzu Maks Ferştappenin bir il əvvəlki heyranedici çıxışından sonra özü uğurlu çıxış edərək ili Avstriyada başlatdı, bu dəfə o, MotoGP motosikleti ilə məşhur Hahnenkamm xizək yürüyüşündə yarışan ilk adam oldu.

Mark Markez yarış motosikleti ilə Ştrayfdan bir qədər yuxarıda yerləşən dünyanın ən çətin yoxuş aşağı xizək yolu olan məşhur Hahnenkamm dağının qarlı zirvəsini fəth etdi.

Red Bull KTM İstehsalçıların Komandası MotoGP yarışına qoşulur

Həm motokross, həm də kiçik motosiklet dövrələrində illərlə davam edən üstünlükdən sonra Red Bull KTM komandası motosiklet yarışının zirvə nöqtəsi olan MotoCP yarışına ilk öncədən qoşuldu. Bu Avstriyanın ən uğurlu motosiklet yarışı komandası üçün növbəti addımdır. Küçə yarışının premyer təsnifatına daxil olmağın qəhrəman səyahətinə addımlayan komandanın şüarı belədir: "Yarışmağa Hazırıq - KTM MotoGP yarışına gedir". Sınaq stendində ilk səylərdən, ilk yaranma anından ilk yarışa qədər bir neçə ay komandanı müşayiət edən Red Bull TV ilə əməkdaşlıq çərçivəsində MotoGP yarışının heç vaxt görünməyən səhnə arxası görüntüləri üzə çıxdı

RedBullTV-də "Yarışmağa Hazırıq - KTM MotoGP yarışına gedir" izləyin

Sebastian Ogier Uels Ralli GB yarışında beşinci dünya titulunu qazandı

Dayinsure Uels Ralli GB yarışında üçüncü yeri qazanması Sebastian Ogier üçün Beşinci ardıcıl FIA Dünya Ralli Çempionatlığına bilet təmin etdi və 33 yaşlı fransız atlet doqquz dəfə çempion adını qazanmış Sebastian Loebdən bütün dərəcələrdə geri qalaraq ikinci yeri qazandı.

Red Bull Səhra Qanadları Komandası Dakar Rallisində 4 kateqoriyadan 3-ü üzrə qələbə qazandı

Sam Sanderlend motosiklet kateqoriyasını yekunlaşdırmaqla tarix yazdı, çünki o, Dakar Rallisini qazanan ilk britaniyalı iştirakçı oldu. Stefan Peterhansel komanda yoldaşı Sebastian Loebin Peugeot Total komandası ilə uzun müddətli heyranedici mübarizədən sonra dörd çarx üzərində yeddinci dəfə 13-cü Dakar Ralli mükafatını qazandı. Eduard Nikolayev Rusiya üçün tam qələbəni təmin edərək səhnədə qələbə ilə yük avtomobili titulunu KAMAZ avtomobilinə geri qaytardı. Çilidən olan Red Bull Atleti İqanisio Kasal Kvad kateqoriyasında 2-ci yerə layiq görüldü.

Cənubi Amerika

3 Qitədə Red Bull Amafiko Akademiyaları

Red Bull Amafiko Akademiyası öz icmalarında problemləri həll etmək üçün istedadları, yaradıcılıqları və enerjilərindən istifadə edən insanlar, yəni yeni fəaliyyət göstərən sosial sahibkarlar üçün işə başlama platformasıdır. 2017-ci ildə Amafiko Akademiyası Cənubi Afrikadan Braziliyaya və ilk dəfə olaraq ABŞ-da Baltimora səyahət etdi.

www.redbullamaphiko.com saytında səyahəti izləyin

Red Bull Amafiko Sosial Sahibkar yeni zirvələrə çatır

Uandisilin qanqsterliyə dair muzey yaratmağa dair çılğın ideyası var idi. Cənubi Afrikada qəsəbədə böyüyən Uandisil hər gün banditliyin səbəb olduğu xəstəliklərin şahidi olmuşdu. 2015-ci ildə o, Lanqa, Keyptaunda Red Bull Amafiko Akademiyasında iştirak etdi. Onun ilham mənbəyi vardı və ideyasını reallaşdırmaq üçün alətlər verilmişdi. Biz onu yaradıcılar komandası ilə birləşdirdik və 18 Qanqster Muzeyi yarandı. Bu günə qədər 3500-dən çox risk təhlükəsi olan gənc həyat seçimləri haqqında onları iki dəfə düşünməyə vadar edən muzeyi ziyarət edib. Və o, muzeyin fəaliyyət göstərməsi üçün biznes modeli hazırlayıb, muzeyi ziyarət edən hər turist baxa bilməsi üçün yalnız bir uşağa görə ödəniş edir "18 ay ərzində Amafiko inkişaf proqramı sayəsində sahibkar kimi özümdə əhəmiyyətli inkişaf olub."

Burada 18 Qanqster Muzeyi haqqında ətraflı öyrənin

Vircinia Tomarçio və Brekdansçı Lil G tərəfindən "Sadəcə Sənin Kimi"

Breykdans və klassik rəqs birləşəndə nə baş verdiyini izləyin. Beynəlxalq səviyyədə məşhur olan Brekdansçı Lil G ilə klassik musiqi rəqqası Vircinia Tomarçio yan-yana. Qeyri-adi görüş Florensiyada Leopolda Stansiyasında baş tutdu, xoreoqrafiya Krisian "Kris" Buzzi tərəfindən hazırlanmışdı.

Breykdans və klassik rəqs birləşəndə nə baş verdiyini izləyin.

Red Bull BC One Bütün Ulduzlar Turu Fransa və Gizli Mübarizə

10 Brekdansçı, 9 şəhər, 6000KM: Red Bull BC One Bütün Ulduzlar dünyanın bütün yerlərindən ən yaxşı rəqqasların bəzilərini bir araya gətirən komandadır və bütün formalarıyla Fransa sərhəddini keçən Brekdansı təmsil edir. Fransada tur zamanı BC One Bütün Ulduzlar yerli Lion Brekdans heyəti tərəfindən dəvət edildi və oğlanların iştirak etmək istəyo güclü idi. Komandaların hamısı rəqslərini nümayiş etdirdi və Lionun gələcək nəsil brekdansçıları onların hamısını təəccübləndirdi.

Brekdansı qədim köklərinə qədər aparan əsas komandaları izləyin

Red Bull BC One Dünya Finalı Amsterdam

Doqquz müxtəlif ölkədən dünyanın ən yaxşı 16 brekdansçısı 14-cü Red Bull BC One Dünya Finalı üçün Amsterdamın Vesterqazfabriek mədəniyyət məkanına toplaşmışdı. Veteran brekdansçılar Kreyzi Leqs, Honq 10, Niek, İntakt və AT-dən ibarət olan münsif paneli bu ilin finalçıları üçün qaydalar tətbiq etdi, ilk dəfə finalçılar arasında brekdansçı qız var idi. Red Bull BC One Bütün Ulduzlar heyətini təmsil edən Hollandiyalı Menno qalib oldu və 2014-cü ildə qazandı titulu yenidən ələ keçirdi.

4-cü Red Bull BC One Dünya Finalı 4 noyabr 2017-ci ildə Amsterdamda baş tutdu, tam tədbirə Red Bull TV-də yenidən baxın.

3Style Dünya Turu 2017

Red Bull 3Style Milli Finalının Dünya Turu Avropa, Asiya, Sakit Okean və Amerika qitələri boyunca sentyabrdan noyabra qədər davam etdi. Milli Final tədbirləri münsif panelimizin may ayında baş tutan video müraciətlərdən 6 DJ seçdiyi 20-dən çox ölkədə keçirildi. Red Bull 3Style tədbirinin səkkizinci ili qlobal yarış kimi bu günə qədər ən böyük tədbir olacağını vəd edir. Red Bull 3Style Dünya Turu dünyanın hər yerindən Krakov, Polşada dünya finalında Dünya Çempionu adını qazanmaq ümidi ilə mübarizə aparan DJ-ləri bir araya gətirdi. Bu il biz milli final canlı yayımlarında 2.5 milyon baxış (2016-cı ilə müqayisədə +257% artım) və 70k aktivlik (bəyənmə, şərh və paylaşımlar) qazandıq.

Red Bull 3Style Dünya Turu 2017

Red Bull Musiqi Festivalının Əsas Məqamları- Ryoci İkeda - A [100 avtomobil üçün]

Məşhur müğənni Ryoci İkeda dünyanın ən böyük simfonik orkestrindən ibarət olan 100 avtomobil sahibi ilə əməkdaşlıq şəklində tamamilə yeni kompozisiyasını təqdim etdi. A [100 avtomobil üçün] adlı musiqi parçası A notunun tezliklərini incələyərək İkedanın uzun müddətli silsiləsini davam etdirdi. Həm konsept, həm də icra baxımından, parça İkeda müğənni kimi yeni cəsarətli istiqaməti nümayiş etdirdi və Red Bull Musiqi Akademiyası Festivalı Los-Ancelsin bir hissəsi kimi avtomobil sevərlər daxil olmaqla, öz işi daha geniş tamaşaçıya göstərdi.

Ryoci İkeda - A [100 avtomobil üçün]

Red Bull Musiqi Festivalı Əsas Məqamlar - Solanc: Qəsidə

Red Bull Musiqi Festivalı Nyu-York 2017-nin bir hissəsi kimi Solomon R. Quqqenhaym Muzeyinin dairəvi otağında təqdim edilən Qəsidə Solanc Noulsun "A Seat at the Table" albomundan mahnıların tanış və yenidən şərh olunmuş versiyalarını nümayiş etdirdi. Mahnının ifası və onun albomundan motivlər üzərində meditasiya hərəkət, təsisat və yenidən yaradılmış musiqi aranjemanlarını birləşdirmişdi.

Solanc: Qəsidə

Ən Yaxşı Müğənnilər. Ən Yaxşı Festivallar. Red Bull TV-də Həmişə Musiqi Var.

Dünyanın hər yerindən musiqi həvəskarları dünya üzrə səkkiz böyük festivalı canlı izləyə, ən yaxşı çıxışlar və www.redbull.tv/Festivals ünvanında və indi Red Bull Media Şəbəkəsi Kanal 1 eyni anda yayımlar daxil olmaqla istənilən cihazdan və istənilən yerdən daxil olmaq mümkün olan ən yaxşı musiqi ifalarını izləməklə yanaşı, həm də yüksək keyfiyyətli veriliş yayımlarında canlı musiqi dinləyə biləcəklər.

Red Bull TV-də Canlı Musiqi Festivalları

2016

2015

2014

2013

2012

2011

2010

2009

2008

2007

2006

2005

2004

2003

2001

2000

1999

1998

1997

1995

1994

1992

1989

1988

1987

BANKANIN ARXASINDAKI DÜNYANI KƏŞF ET